Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Bu barədə Apress.az-a nazirlikdən məlumat verilib.
Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 12 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
“Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib”, – məlumatda qeyd olunub.