“Xızı-Abşeron” KES-də bu qədər istehsal gözlənilirbackend
İqtisadiyyat

“Xızı-Abşeron” KES-də bu qədər istehsal gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xızı-Abşeron” külək elektrik stansiyası (KES) layihəsi Abşeron və Xızı rayonlarında, ümumilikdə 36 hektar ərazidə həyata keçirilir.

Bu barədə Xızı–Abşeron 240 MVt-lıq külək elektrik stansiyasına təşkil edilən mediatur zamanı məlumat verilib.

Bildirilib ki, 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 MVt olmaqla, Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 MVt-lıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək:

“Abşeronda illik 300 milyon kilovatt-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Külək texnologiyasında enerji istehsalının səmərəliliyi küləyin sürətindən asılıdır. Tədqiqatlar göstərir ki, Abşeronda küləyin orta illik sürəti saniyədə 9.35 metr, Xızıda isə 9.63 m/s təşkil edir. Bu göstərici turbinlərin səmərəli fəaliyyəti üçün kifayət qədər yüksəkdir və stansiyanın enerji istehsalında dayanıqlılığı təmin edəcək”.

// APress.az