Yanvarda benzin və dizelə 271 milyon manat xərclənibbackend
Maliyyə

Yanvarda benzin və dizelə 271 milyon manat xərclənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

APress.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 271 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 9.3% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-avqust ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.6 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.