Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 222,2 milyon manat dəyərində elektrik malları və mebellər satılıb.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 14,2 milyon manat və ya 6,8% çoxdur.
Elektrik malları və mebellər üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,6% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən, 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1% artıb.
// APress.az