“Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir – Bağlana bilərmi?backend
İqtisadiyyat
375

“Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir Bağlana bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yap Kredi Bank Azərbaycan” QSC-nin 2021-ci ilin I rübünün maliyyə hesabatında göstərilir ki, 122 min manat xalis zərərlə başa vurub. Bank 2020-ci ilin I rübünü də 656 min manat xalis zərərlə başa vurmuşdu. Bu ilki xalis zərər ötən ilki xalis zərərdən 5,4 dəfə kiçik olsa da, ümumilikdə, bank uzun illərdir zərərlə işləmək məcburiyyətinə qalıb.

APress.az  xəbər verir ki, son bir il ərzində bankı kredit portfeli də 15, 6% kiçilib. Ötən ilki açıqlamalara görə, bankın depoziti 18% azalaraq 262 milyon 942 min manata düşüb.

Hər hansı bankda yüksək göstəricili depozitin azalması həmin banka olan kütləvi inamsızlığın nəticəsidir. Görünür, həm də bankın illik (sığrtalı və sığrtasız) depozit faziləri də əhalini qane etmir. 2021-ci ilin I rübünün hesabatına əsasən, bankın depozit portfeli 221,902 milyon manata düşüb.

Ekspertlər hesab edirlər ki, üç əsas göstərici bankın müsbət fəaliyyəti baxımından səciyyəvidir: yüksək mənfəətlə işləməsi – zərərsiz fəaliyyət, kredit portfeli və depozit imkanları.

Azsiyasət.com