ABŞ-ın “Moderna” şirkətinə aid koronavirusa qarşı peyvəndlər İspaniya ərazisində istehsal edilib.
Unikal.org xəbər verir ki, həmin peyvəndlər Yaponiyaya çatdırıldıqdan sonra onlarda naməlum qarışıqların tapıldığı bildirilib.
Qeyd olunub ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi təxminən 1,63 milyon “Moderna” peyvəndinin istifadəsinin dayandırıldığını açıqlayıb.
Sözügedən dərmanların Tokio da daxil olmaqla beş Yaponiya prefekturasındakı peyvənd mərkəzlərində olduğu barədə məlumat verilib.
Hadisə ilə əlaqədar yoxlamalara başlanılıb.