Yararsız döyüş sursatları məhv ediləcək – Nazirlikdən ÇAĞIRIŞbackend
Cəmiyyət
197

Yararsız döyüş sursatları məhv ediləcək – Nazirlikdən ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Apress.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.