Yasamaldan olan gənc namizəd Gülpəri Bayramova seçki şüarını açıqladı – FOTOLARbackend
Manşet
888

Yasamaldan olan gənc namizəd Gülpəri Bayramova seçki şüarını açıqladı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramova seçki şüarını açıqlayıb.

Gülpəri Bayramova seçkiyə “Sağlam gənclik, sağlam düşüncə, sağlam gələcək” şüarı ilə qatılacaq. Deputatlığa namizəd deputat seçiləcəyi təqdirdə Yasamal Təhsil Fondu, Yasamal Karyera Mərkəzi və “Təbiəti qoruyaq” platformalarını təsis edəcəyini, bu layihələr çərçivəsində könüllülük əsasında aztəminatlı ailələrin təhsil haqlarına yadrım ediləcəyini, özünüinkişaf layihələrinin, qarşılıqlı yardımlaşma kampaniyalarının həyata keçirəcəyini, ali qanunverici orqanda və dövlət qurumlarında seçicilərinin lobbiçiliyini edəcəyini bəyan edib.

29 yaşlı namizəd Gülpəri Bayramova Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın,  İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.

Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.

44 günlük vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra şəhid ailələri və qazilərə yardım kampaniyaları təşkil edib. Laçın-Xankəndi yolundakı ekologi aksiyanın Nyu-Yorkun mərkəzi meydanında işıqlandırıb və bu fəaliyyətinə görə, xüsusi təşəkküranmə ilə təltif edilib.