“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi layihəni uğurla başa çatdırdıbackend
Cəmiyyət
481

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi layihəni uğurla başa çatdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsini uğurla başa çatdırıb. Bu barədə birliyin sədri Elman Cəfərli məlumat verib. O, bildirib ki, 3 aylıq layihə çərçivəsində qarşıya qoyulan vəzifələr icra edilib, problem media və sosial şəbəkələr vasitəsilə gündəmdə saxlanılıb.

“Son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, sel və daşqınlar, torpaq sürüşmələri ciddi narahatlıq yaradıb. Təbii ehtiyatlardan israfçılıqla istifadə, ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür. Hədəf qrupu olaraq məktəbliləri seçməkdə məqsədimiz o idi ki, ekolji tərbiyənin erkən yaşlardan başladığını düşünürük. Düşünürük ki, ekoloji tərbiyə ilə gəncləri doğma torpağı və təbiəti sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik”.

E.Cəfərli bildirib ki, layihə çərçivəsində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə, Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 №-li tam orta məktəbdə və Şirvan şəhərində yerləşən 11 saylı orta məktəbdə şagirdlərlə görüşlər keçirilib. Təbdirlərdə yerli icra hakimiyyətinin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi və vətəndaş cəmiyyətinin aktivləri iştirak edib.

QHT sədrinin sözlərinə görə, bundan başqa layihə çərçivəsində uşaqlarda ekoloji tərbiyəni formalaşdıran, canlı təbiətə sevgi aşılayan video-kitab mobil tətbiqi (application) yaradılaraq sosial şəbəkələrdə (facebook, youtube) yayımlanıb.

“Cəmiyyət üçün faydalı olan bu layihəmizin icrasına dəstək verdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümü bildirirəm”-deyə, E.Cəfərli sonda qeyd edib.