Yaxın iki ildə dünyada neft qıtlığı yaşanacaq – PROQNOZbackend
İqtisadiyyat
236

Yaxın iki ildə dünyada neft qıtlığı yaşanacaq – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2021-2022-ci illərdə neft və digər maye karbohidrogenlər bazarında tələbin təklifi üstələyəcəyini gözləyir.

Apress.az APA-ya istinadən bildirir ki, 2021-ci ildə neft bazarında gündəlik təklifin 97,1 mln. barel (öncəki proqnoz – 97,29 mln. barel), tələbin isə 97,5 mln. barel (öncəki proqnoz – 97,67 mln. barel) səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, EIA bu il neft bazarında 400 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.

Bununla yanaşı, qurum 2022-ci ildə neft bazarında təklifin 101,2 mln. barel  (öncə ki proqnoz – 100,77 mln. barel), tələbatın isə 101,33 mln. barel  (öncə ki proqnoz – 101,17 mln. barel təşkil edəcəyini gözləyir.

Beləliklə, EIA gələn il neft bazarında 130 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.