Yeni virus yayıldı – Balıq yeməklə yoluxur?backend
Dünya
465

Yeni virus yayıldı – Balıq yeməklə yoluxur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın Amazonas ştatında 50-dən çox insan “Haff” xəstəliyinə yoluxma səbəbilə bağlı həkimə müraciət edib.

Unikal.org xəbər verir ki, xəstəliyin xarakterik simptomu sidiyin qaralmasıdır. Sözügedən xəstəliyə ilk yoluxma halı avqustun 20-də aşkar edilib.

Qeyd edək ki, bu, ölkədə artıq üçüncü yoluxmadır. Sonuncu yoluxmada ölüm hadisəsinin də qeydə alındığı bildirilib.

Xəstələr simptomlar başlamazdan az əvvəl balıq yediklərini bildiriblər. Lakin səlahiyyətlilər xəstəliyin digər mümkün səbəblərinin olacağını da istisna etmir.