“Maksimum maska məsələsini gətirə bilərlər. İctimai nəqliyyatla bağlı müəyyən məhdudiyyətlə qoyula bilər”.
APress.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib.
O əlavə edib ki, ən böyük məhdudiyyətlər təhsil sahəsində qoyulacaq: “Mənə ən maraqlı olan sahə budur. Orta məktəblər və universitetlərdə təhsil necə olacaq? Universitetlərdə peyvəndlənmə şərti tətbiq olunacaqmı? Mən bir məsələni qeyd edim ki, 18 yaşdan aşağı şəxslərin də peyvəndlənməsi məsələsi gündəmə gələcək”.
baku.ws