Zamin Hüseynovun 65 yaşı tamam olurbackend
Gündəm
768

Zamin Hüseynovun 65 yaşı tamam olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədrinin müavini, İdarə Heyətinin üzvü, “ABAK-Az CROWE Ltd” şirkətinin təsisçisi Zamin Hüseynovun 65 yaşı tamam olur.

AQC rəhbərliyi yubilyarı doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Azərbaycanda qiymətləndirmə sahəsinin inkişafında mühüm xidmətləri olan, ölkəmizin ilk qiymətləndirmə şirkətlərindən birinin rəhbəri Zamin Hüseynovun 65 yaşı tamam olur. Zamin müəllim Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yaranmasında, inkişafında, cəmiyyətin beynəlxalq əlaqələr sisteminin formalaşmasında fəal iştirak edib. Bu gün də cəmiyyətin sədr müavini olaraq AQC-nin fəaliyyətinə öz töhfələrini verir. Yanaşı olaraq auditor fəaliyyəti ilə də məşğul olan Zamin Hüseynov bu sahədə də ölkəmizin peşəkar mütəxəssislərindən biridir.

Zamin müəllimi təbrik edir, cansağlığı və  fəaliyyətində uğurlar arzulayırıq!