COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı – Bu tarixdən istifadəyə veriləcəkbackend
Cəmiyyət
310

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı – Bu tarixdən istifadəyə veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlayıb.

APress.az xəbər verir ki, mərkəzin direktoru Fariz Cəfərov bildirib ki, mobil tətbiq sentyabrın 1-dən etibarən istifadəyə veriləcək.

Tətbiqdən Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər.

Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə həmin şəxsin COVID-19 pasportunun olub-olmaması yoxlanılacaq. Əgər vətəndaşın COVID-19 pasportu yoxdursa, o, Nazirlər Kabinetinin müəyyən etdiyi məkanlara buraxılmayacaq.

Qeyd edək ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.