Hicablı fotosu ilə gündəmə gələn CNN müxbiri danışdı: “Ciddi dəyişikliklər yoxdur…”backend
Dünya
413

Hicablı fotosu ilə gündəmə gələn CNN müxbiri danışdı: “Ciddi dəyişikliklər yoxdur…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əfqanıstanın Taliban tərəfindən ələ keçirilməsindən sonra hicablı və hicabsız şəkildə fotoları yayılan və bununla da geniş müzakirələrə səbəb olan CNN müxbiri Clarissa Uord açıqlama verib.
Sfera.az xəbər verir ki, media nümayəndəsi başı açıq şəkildə yayılan fotonun bina daxilində çəkildiyini, bundan əvəl də küçədə hicabdan istifadə etdiyini bildirib.
C.Uord Talibanın hakimiyyətə gəlməsindən sonra Əfqanıstanda böyük dəyişikliklərin olmadığını deyib.
Qeyd edək ki, Əfqanıstanda dövlət televiziyaları Taliban tərəfindən ələ keçirilib və yalnız dini məzmunlu verilişlər yayımlanır.