Sabiq nazir müavininə HÖKM OXUNDUbackend
Cəmiyyət
235

Sabiq nazir müavininə HÖKM OXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APress.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib.

R. Bayramov son sözündə heç bir maddə ilə özünü təqsirli bilmədiyini deyib: “Mən saxlanılanda vəzifə səlahiyyətlərimi aşma, mənimsəmədə ittiham olunmuşam. Qeyd etməliyəm ki, mən nazir müavini olsam da, imza səlahiyyətim olmayıb, maddi-məsuliyyətli şəxs olmamışam. Nazirliyin bütün maliyyə hesabatları yoxlanılıb, problem olmayıb. Sonradan mənə verilən ittihamlar dəyişdirildi, rüşvət ittihamı verdilər. Mən heç kəsdən rüşvət almamışam”.

Prosesdə hökm oxunub. Hökmə əsasən, R. Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə həmçinin qeyd edilib ki, R. Bayramovun istintaq dövründə üzərinə həbs qoyulan əmlakları dövlət hesabına müsadirə edilib. Özünün və yoldaşının “KapitalBank”da olan bank hesabının üzərinə qoyulan həbs isə götürülüb.