ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Fransa Xarici İşlər Nazirliyinin (XİN) başçısı Jan-İv Le Drian arasında telefon danışığı olub, tərəflər Fələstin-İsrail münaqişəsi və Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.
APress.az Publika.az-a istinadən xəbər verir ki, danışıqlardan sonra Dövlət Departamenti Mətbuat xidmətinin rəhbəri Ned Prays tərəfindən yayımlanan yazılı açıqlamada belə deyilir.
N.Prays qeyd edib ki, ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri İsrail, İordan çayının qərb sahilində və Qəzzada davam edən zorakılıqla bağlı ümumi narahatlıqlarını bildirərək, bölgədə əmin-amanlığa nail olmaq üçün tərəfdaşlarla birgə fəaliyyəti müzakirə ediblər: “Dövlət katibi Blinken və xarici işlər naziri Lö Drian ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi əməkdaşlıqdan da bəhs ediblər və Dağlıq Qarabağdakı münaqişənin uzunmüddətli siyasi həllinə ehtiyac olduğunu vurğulayıblar”.