Qazaxın kəndləri Azərbaycana qaytarılır – Erməni deputatdan “bunun vaxtı çatdı” açıqlamasıbackend
Siyasət
324

Qazaxın kəndləri Azərbaycana qaytarılır – Erməni deputatdan “bunun vaxtı çatdı” açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan mediasında Qazaxın işğalda olan kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı məlumat yayılıb.
Sfera.az-ın məlumatına görə, yayılan informasiyalarda iddia olunur ki, bu istiqamətdə əməli addımlar atılmağa başlayıb.
Maraqlıdır, qarşı tərəfin bu informasiyaları həqiqəti nə dərəcədə əks etdirir?
Mövzu ilə bağlı danışan politoloq Asif Nərimanlı rus hərbçilərinin bu məsələdə rol oynayacağını bildirib:
“Ermənistan mediası Qazaxın 7 kəndinin qaytarılmasına hazırlıq getdiyi haqda yazır. Maraqlıdır ki, bunu adətən Paşinyana müxalif olan media gündəmə gətirirdi, indi isə Tavuş bölgəsinin qubernatorunun qardaşı, hakim partiyanın deputatı Vahe Qalumyan danışır.
Qalumyan bildirir ki, Tavuşda Ermənistanın nəzarətində olan Azərbaycan kəndləri var, düşünürəm ki, bu, həll edilməsi lazım olan problemdir.
Rusiya sərhədçilərin Əskipara kəndinə gəlməsinin səbəbləri haqda yazımızda 7 kəndin taleyinin masada olduğunu yazmışdıq. Paşinyanın deputatının sözləri də bu versiyanı gücləndirir.

Qazaxın eksklav olan 3 kəndinin qaytarılması üçün dəhliz lazımdır və görünür, rus hərbçilər bu dəhlizin təhlükəsizliyinə də nəzarət edə bilərlər”.