“Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır – RƏSMİbackend
Siyasət
438

“Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hazırda, Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır”.
APress.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində  yerinə yetirilmiş işlər barədə hesabat konfransında  Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.
O bildirib ki, “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd hissəsinin uzunluğu 123.8 kilometrdir:
“Yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.